“42 yaşında keçirdiyin ağır imtahandan birdəfəlik üzüağ çıxasan. Çıxasan yox, bu gündən artıq çıxdın. Xəstəliyə yox deyək”.
Yenicag.az xəbər verir ki, Xalq artisti, tanınmış aktrisa Məleykə Əsədova doğmaları ilə fotosunu paylaşıb və sevincini ifadə edib.
Sənətçi uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan bacısı qızının sağaldığını dilə gətirib:
“Günayım, Allah sənə oğlunun xeyirli günlərini göstərsin. Nənə olasan. 83 yaşını qeyd edək. Qocalığı da görmək nəsibin olsun. 42 yaşında keçirdiyin ağır imtahandan birdəfəlik üzüağ çıxasan. Çıxasan yox, bu gündən artıq çıxdın. Xəstəliyə yox deyək”.
Cəvahir