RU

DSMF Birləşmiş Krallıqda keçirilən müsabiqədə ali mükafatla təltif edilib

Bakı, 7 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanaraq “Dövlət Xidmətlərində Ən Yaxşı Rəqəmsal Transformasiya Təşəbbüsü” ali mükafatına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DSMF-nin müsabiqə işi innovasiyaya sadiqlik, xidmət keyfiyyəti, brend mükəmməlliyi və vətəndaşla iş təcrübəsi kimi meyarlar üzrə seçildiyi üçün müsabiqənin “Public Sector & Government Awards” kateqoriyası üzrə qalib elan olunub.

Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına daxil edilib.

Qeyd edək ki, müsabiqədə DSMF ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və bir sıra digər ölkələrin qurumları təmsil olunub.

Xatırladaq ki, bu, 2021–2025-ci illər ərzində DSMF-nin layiq görüldüyü 59-cu beynəlxalq mükafatdır.

Избранный
50
6
azertag.az

7Источники