25 vatt və daha yuxarı gücə malik elektrik közərmə lampalarının idxal, istehsal və ya satışına görə cərimələr müəyyənləşir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsasməqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25vatt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarınınidxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir ilərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə,vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000manatadək məbləğdə cərimə ediləcək.
Dəyişiklik təsdiqlənəcəyi təqdirdə, 60 vatt və daha yuxarı gücəmalik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın1-dən, 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malikolan közərmə lampalarına münasibətdə isə 2026-cı il iyulun 1-dənqüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.