RU

ABŞ Ukrayna ordusunun hərbi peyklərə çıxışını bağladı – Tramp qadağa qoyub...

Amerikanın “Maxar Technologies” aerokosmik şirkəti Ukraynanın peyk şəkillərinə çıxışını əngəlləyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Militarnye” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, bağlanma ABŞ hökumətinin Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini qadağan etməsinin nəticəsidir. Yəni Tramp Amerika şirkətlərinə və kommersiya xidmətlərinə Ukraynaya peyk məlumatlarının verilməsini qadağan edib.

Nəşr qeyd edib ki, “Maxar Technologies” bəlkə də Ukrayna üçün Rusiya qoşunlarının hərəkəti, eləcə də həm müvəqqəti olaraq işğal olunmuş ərazilərdə, həm də Rusiya Federasiyasının özündə mühüm obyektlərə zərbələrin nəticələri barədə kommersiya peyk şəkillərinin əsas təchizatçısıdır.

Ekspertlərə görə, ABŞ Ukraynaya GPS naviqasiya sisteminin hərbi seqmentinə, yəni, elektron əngəlləmədən mühafizəli seqmentinə girişi də qadağan edə bilər.

Qeyd olunur ki, Ukrayna PUA-larının rahatlıqla Rusiyanın ərazisinə zərbələr endirə bilməsinin ən mühüm səbəbi “Maxar Technologies” və digər peyk məlumatları, GPS naviqasiya sisteminin qapalı seqmenti və “Palantir Technologies” şirkətinin mühüm hədəf-hücum planlama proqram təminatıdır.

“AzPolitika.info”

Избранный
35
1
azpolitika.info

2Источники