RU

Polşa Prezidenti Ukraynaya sülhməramlıların göndərilməsinə ehtiyac görmür

Polşa hərbçilərinin sülhməramlı missiyanın bir hissəsi kimi Ukraynaya göndərilməsinə ehtiyac yoxdur.

AZƏRTAC PAP agentliyinə istinadla xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Sülhməramlıların göndərilməsinə ehtiyac yoxdur. Müharibə başa çatdıqdan sonra Ukraynada vəziyyətin sabitləşməsi ilə bağlı tamamilə fərqli konsepsiyam var”, - deyə Anjey Duda bildirib.

Polşa Prezidentinin sözlərinə görə, ordunun mütləq Ukraynada yerləşdirilməsi vacib deyil. Elə sərt siyasət aparıla bilər ki, nəyinsə baş verəcəyi təqdirdə mütləq cavab gələcəyi aydın olsun.

Anjey Duda qeyd edib ki, Kiyev və Vaşinqton arasında faydalı qazıntıların çıxarılmasına dair saziş bağlanarsa, Ukrayna ABŞ üçün strateji məkana çevriləcək.

“Çıxarılacaq təbii sərvətlərə, həmçinin elementlərin mümkün emalına, alüminium və digər metalların mümkün istehsalına görə Ukrayna Birləşmiş Ştatlar üçün strateji məkana çevriləcək. Mən əminəm ki, ABŞ strateji maraqlarını qoruyacaq”, - deyə Polşa Prezidenti bu məqamı xüsusilə vurğulayıb.

Избранный
10
1
xalqqazeti.az

2Источники