Dünən "Bakı Metropoliteni" QSC-NİN "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib. SİA bunun səbəbini öyrənmək üçün "Bakı Metropoliteni" QSC- yə sorğu ünvanlayıb.
Sorğunun cavabı olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır: "Hər bir hadisə mütləq qaydada tekniki tərəfdən araşdırılır. Buna uyğun olaraq müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat verəcik".
Müəllif: Xeyrənsə Piriyeva