RU

Makron Putinə zəng etmək üçün bu şərti irəli sürdü

Putinlə danışmaq istədiyi ilə bağlı son xəbərləri dəyərləndirən Makron bunun üçün Zelenskinin razılığını almağın vacibliyini vurğulayıb.

Publika.az xəbər verir ki,Fransa prezidenti Emmanuel Makron vaxtı gələndə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağa hazır olduğunu bildirib.

Fransanın “Le Point” qəzetinə danışan Makron rusiyalı həmkarı ilə mümkün telefon danışığı ilə bağlı açıqlamalar verib. "Prezident Zelenski və avropalı tərəfdaşlarımızla birlikdə zamanı doğru hesab etdikdə sonra prezident Putinlə danışəğəmız reallaşa bilər", - deyə Makron qeyd edib.

Rusiya və Fransa liderləri sonuncu dəfə 2022-ci ilin sentyabrında telefonla danışıblar. Makron bu görüşdən bir müddət əvvəl verdiyi açıqlamada Putinlə “yüz saat” danışdığını bildirib. 2025-ci ilin fevralında Emmanuel Makron Ukraynadakı münaqişənin həllinə kömək edəcəyi təqdirdə Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Избранный
26
publika.az

1Источники