İstanbulda Belqrad meşəsində itkin düşdükdən 4 gün sonra yaralı halda tapılan 36 yaşlı memar Ece Gürel xəstəxanada dünyasını dəyişib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, uzun müddət soyuqda qalması səbəbindən hipotermiya keçirən Gürel reanimasiya şöbəsində müalicə alsa da, bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Xatırladaq ki, martın 2-də evindən Belqrad meşəsinə getdiyini bildirən Gürel bir daha geri qayıtmayıb. Ailəsinin müraciətindən sonra xilasedicilər genişmiqyaslı axtarışlara başlayıb. Martın 4-də onun mobil telefonu və bəzi şəxsi əşyaları tapılıb. Nəhayət, martın 6-da gecə saatlarında sıldırım meşəlik ərazidə yaralı vəziyyətdə aşkarlanaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
