RU

Zelenski Cənubi Afrikaya səfər edəcək

Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına dövlət səfəri 2025-ci il aprelin 10-da baş tutacaq.   Manset.az xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya məlumat verib. "Səfər aprelin 10-na planlaşdırılıb. Səfər Cənubi Afrika prezidenti Siril Ramafosa ilə Rusiya prezidenti Vladimir Putin və Zelenski arasında Rusiya və Ukrayna arasında sülhə yol açacaq inklüziv sülh prosesi ilə bağlı təmasların davamıdır". Qeyd edək ki, dəvət Cənubi Afrika prezidentindən gəlib. 

Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Ronald Lamola Zelenskinin qarşıdakı səfərinin Ukraynada nizamlanmaya töhfə verəcəyini bildirib.

Избранный
20
manset.az

1Источники