"Karvan" heyətini legionerlə gücləndirib.
Rekord.az xəbər verir ki, 1-ci liqa təmsilçisi özbəkistanlı müdafiəçi Behzid Xolikulovla müqavilə imzalayıb.
Sözləşmə hazırkı mövsümün sonuna qədər nəzərdə tutulub. Niyə belə az? Əldə etdiyimiz məlumata görə, bunu futbolçu özü istəyib. Əgər komanda Premyer Liqaya vəsiqə qazansa, o zaman müqavilənin müddəti 1 ilə qədər uzadılacaq. Əks halda, futbolçu "Karvan"I tərk edəcək.