RU

Rusiya Bəşər Əsədi ekstradisiya etməyəcək - “The Wall Street Journal”

Rusiya Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib, lakin Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi mövcudluq və iqtisadi əməkdaşlıqla bağlı danışıqları davam etdirir.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Moskva təkcə bazalarını saxlamır, həm də ölkədə təsir imkanlarını genişləndirir. 

Məlumata görə, Əsədin ekstradisiyasından imtina etməsinə baxmayaraq, yeni hakimiyyətə ilk pulla dəstək verən Rusiya oldu. Fevral ayında Moskva Suriya Mərkəzi Bankına 23 milyon dollar ekvivalentində pul göndərərək ölkə üçün əskinaz çap edib. Digər ölkələr sanksiyalar riskləri səbəbindən bu addımdan imtina edib.

Qeyd olunub ki, Rusiya Dəməşqlə danışıqları davam etdirir, çünki bölgədə hərbi obyektlərini yerləşdirmək üçün alternativ variantları yoxdur.

Mənbənin yazdığına görə, Moskva Liviyada baza yaradılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, buna nail ola bilməyib.

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
60
3
missiya.az

6Источники