RU

Çindən gözlənilməz bəyanat: Rusiya “ağrılı” qarşıladı

Çində maraqlı siyasi dönüş baş verir: Moskva Vaşinqtonla münasibətləri yaxşılaşdırarkən, Pekin AB ilə əlaqələri gücləndirir. Dünən Çin XİN-in nümayəndəsinin AB və Ukraynanın iştirakı olmadan Rusiya ilə ABŞ arasında danışıqların arzuolunmazlığı barədə bəyanatı böyük səs-küyə səbəb olub. Bu, yeni mövqe deyil: məsələn, BMT münaqişənin başlanmasının ildönümü ilə bağlı qətnamələrə səs verərkən, çinlilər bütün maraqlı tərəflərin iştirakının zəruriliyini vurğulayan bütöv bir izahat verdilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Ümumiyyətlə, AB Çinlə praqmatik münasibətlər qurmaq istəyirdi və bir çox cəhətdən ABŞ-ın təzyiqi ilə onları məhdudlaşdırırdı. Amerikalıların “Huavey”i Böyük Britaniyadan necə sıxışdırdıqlarını və avropalılara Çin şirkətləri ilə işləməyi qadağan etdiklərini xatırlayın. İndi ABŞ öz yolu ilə getdiyinə görə AB bir fürsət pəncərəsinin açıldığını hiss edir. Pekin Vaşinqtonla münasibətlərimizin normallaşmasının mənfi nəticələrindən qorxur və AB ilə münasibətlərin qurulması ona özünü qismən sığortalamağa imkan verir. Bu yaxınlaşmanın dərəcəsini (eləcə də amerikalılarla bizimkini) yüksək qiymətləndirmək olmaz, amma mütləq nəzərə almağa dəyər”, - o bildirib.

Избранный
10
axar.az

1Источники