Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri vəAbşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəlödənilib.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.
Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştlişərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütünmüavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdangələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəlödəniləcək.