RU

Türkiyə və İsrail Suriyada qarşı-qarşıya gələcək - “Haaretz”

PKK terror təşkilatının Abdullah Öcalanın tələbini yerinə yetirməsi Suriyada güc balansını dəyişdirə və İsrailin varlığını təhdid edə bilər.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazı dərc edib.

Bildirilib ki, Türkiyə Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin hakimiyyətinə son verilməsindən sonra Suriyanı öz himayəsinə götürüb və indi onu təsir zonasına çevirməyi hədəfləyir.

"Türkiyə Rusiyanın yerini tutsa, İsrail üçün açıq olan Suriya hava məkanı bağlana bilər", - deyə vurğulanıb.

Mənbənin sözlərinə görə, İsrail Suriyada qalan yeganə xarici güc olaraq Türkiyə ilə qarşı-qarşıya gələcək. 

Qeyd olunub ki, bundan əlavə, ABŞ administrasiyası İsrailə təzyiqləri artıra və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriyada tam üstünlük əldə etmək üçün dəstək verə bilər.

Daşqın HəsənovMissiya.Az

Избранный
35
missiya.az

1Источники