RU

Binəqədidə silah-sursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə Azreform.info -a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 avtomat silahı, 1 patron darağı və 19 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Избранный
27
37
azreform.info

10Источники