RU

Tarix boyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar- ÖZƏL

"Tarix boyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar. Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət gender siyasətinin əsası qoyuldu, Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dahi Lider hər zaman qadınlara xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники