RU

Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsi 6,9% azalıb

2024-cü ilin yanvar ayında Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsinin həcmi 5,2 milyard ton-km təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390,8 milyon ton-km və ya 6,9% azalıb.

Hesabat dövründə boru kəmərləri ilə yük daşınmasının ümumi həcmi isə 5,8 milyon ton olub ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 281,9 min ton və ya 4,6% azalma göstərir.

Bununla yanaşı, 2025-ci ilin yanvar ayında Azərbaycanda yük və sərnişin daşımalarının həcmi müvafiq olaraq 5,5% və 7,9% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb. Yüklərin 4,5%-i dəniz, 8,2%-i dəmir yolu, 0,2%-i hava, 55,7%-i isə avtomobil nəqliyyatı ilə daşınıb.

Fuad Mədətov
Finss.az

Избранный
4
1
fins.az

2Источники