RU

“Veysəloğlu” rəhbərliyi xanım əməkdaşlarını təbrik etdi-FOTO

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) Mərkəz ofisində bu əlamətdar günə həsr edilən tədbir keçirilib. Şirkətin təsisçisi və baş direktoru Aydın Talıbov xanım əməkdaşları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Təsisçi bildirib ki, hazırda Şirkətlər Qrupunda çalışan əməkdaşların 46%-ni xanımlar təşkil edir, onlardan 3.500-dən çoxu rəhbər strukturlarda təmsil olunur. Aydın Talıbov bildirib ki, “Veysəloğlu” liderlik potensialının inkişafına, ədalətli yanaşmaya və gender bərabərliyinin təmin edilməsinə xüsusi önəm verir.

Sonra çıxış edən VŞQ-nin direktorları da qadınların cəmiyyət və şirkətdə oynadıqları müsbət rola xüsusi vurğu ediblər. Şirkətin Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova bütün xanım əməkdaşların adından Şirkət rəhbərliyinə təşəkkürünü ifadə edib.

Sonda bu günün rəmzlərini özündə əks etdirən xüsusi hazırlanmış tort kəsilib, xanım əməkdaşlara Şirkət adından hədiyyələr paylanıb və xatirə şəklini çəkdirilib.

Избранный
18
3
moderator.az

4Источники