RU

"Layihələrin müzakirəsi Azərbaycan üçün vacibdir" - ŞƏRH EDİLDİ

"D8 ölkələri vaxtı ilə Türkiyənin təşəbbüsü ilə yaradılıb. D8 (Developing Eight) ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlarına əsasən əməkdaşlığından bir neçə əsas sahədə faydalar gözlənilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, D8 ölkələri iqtisadi və sosial inkişafı artırmaq məqsədilə 8 inkişaf etməkdə olan ölkədən ibarətdir və Azərbaycan bu təşkilata 2006-cı ildə üzv olub: "Azərbaycan da daxil olmaqla digər 7 ölkənin də iqtisadi əlaqələrinin inkişafında ortaq layihələrin reallaşması nəzərdə tutulub. Bu, bölgənin inkişafı üçün çox vacib bir məsələdir. Azərbaycan üçün də əhəmiyyətli bir təşkilatdır. Həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən bu təşkilatın fəaliyyəti çox mühümdür. Düzdür Azərbaycanın bura üzv olan hər bir ölkə ilə ikitərəfli əlaqələri də var. Amma təşkilat çərçivəsində müxtəlif layihələrin müzakirəsi hesab edirəm ki, Azərbaycan üçün vacibdir. Bu layihələr enerji, nəqliyyat və ya başqa layihələr ola bilər ki, bütün bunlar həm ikitərəfli, həm də D8 formatında müzakirəsi və reallaşması hər bir ölkə üçün faydalıdır. Ümumiyyətlə, Azərbaycan D8 ölkələri ilə əməkdaşlıq edərək həm regionda, həm də beynəlxalq arenada iqtisadi və siyasi gücünü artırmaq, həmçinin əhalisinin həyat səviyyəsini yüksəltmək məqsədilə bir sıra mühüm strateji maraqlara xidmət edən nəticələr əldə edə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
31
sia.az

1Источники