RU

Qarabağın yenidən qurulması və inkişafı bizi heyran etdi - Əli İnsanov

Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin yüksək təşkilatçılığı və iştirakı ilə 2025 - ci il martın 6 - da Azərbaycanda fəaliyyət göstərən 24 siyasi partiya rəhbərləri və nümayəndələri birlikdə Əsgəran, Xocalı və Xankəndinə səfər ediblər.

Modern.az xəbər verir ki, səfərlə əlaqədar sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq-Ədalət Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir ki, Prezident İlham Əliyevin Milli Birliyə çağırışına cavab olaraq iqtidar və müxalifətin bir araya gəlmələri Azərbaycan cəmiyyətində həmrəyliyin artıq bərqərar olmasının ən bariz nümunəsi olan bu səfər həm də siyasi birliyin və həmrəyliyin bütün dəyərlərdən üstün olması anlamına gəlir.

"Səfər zamanı biz hamımız öz əbədi azadlığına qovuşmuş Vətən torpaqlarını ziyarət etməklə bərabər, həm də Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə Qarabağa Böyük Qayıdış Proqramının necə sürətlə həyata keçirilməsini öz gözlərimizlə görə bildik. Əsgəran, Xocalı və Xankəndi bu gün böyük tikinti meydanlarını xatırladır.

Yeni yaşayış və inzibati binaların tikintisi, yolların genişləndirilməsi və yenilərinin çəkilməsi, tunellərin, körpülərin salınması, qədim binaların və mədəni - tarixi obyektlərin restavrasiyası, parkların salınması, istirahət məkanlarının yaradılması, bir sözlə doğma Qarabağın yenidən qurulması və inkişafı bizi heyran etdi.

Kənd təsərrüfatı da yaddan çıxmayıb, yəni yeni meyvə bağları salınır, heyvandarlığın inkişafı üçün əməli tədbirlər görülür.

Düşünürəm ki, gördüklərimiz xalqımızda da böyük ruh yüksəkliyi yaradır, cəmiyyətdə həmrəyliyi gücləndirir, iqdarla müxalifətin birliyi isə xalqımıza və dövlətçiliyimizə birgə xidmət etməyə əsaslı zəmin yaradır",

Избранный
21
modern.az

1Источники