RU

Zelenskinin ofisi ABŞ-nin Ukraynaya verdiyi yardımın miqdarını açıqlayıb

“Rusiya-Ukrayna münaqişəsi zamanı ABŞ Kiyevə hərbi yardım da daxil olmaqla 114 milyard dollar məbləğində yardım göstərib ki, bu da ABŞ Prezidenti Donald Trampın açıqladığı məlumatlara uyğun gəlmir”. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Fransanın “Le Point” jurnalına müsahibəsi zamanı məlumat verib.

“Bu gün Amerikanın Ukraynaya yardımının ümumi məbləği 114 milyard dollardır. Həmin məbləğin üçdə ikisi hərbi texnikanın tədarükü üçün ayrılıb və bu məbləğin üçdə ikisi Amerikanın müdafiə şirkətlərinə verilib”, - deyə siyasətçi vurğulayıb.

Podolyak qeyd edib ki, münaqişə zamanı Kiyev Vaşinqtondan həm hərbi, həm də birbaşa maliyyə yardımı alıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya müharibə zamanı 350 milyard dollar verdiyini iddia edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
30
missiya.az

1Источники