RU

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edir

Aprelin 5-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə "Offroad" - yolsuzluq avtomobillərinin yürüşü keçiriləcək.

Milli.Az xəbər verir ki, Bakı-Xızı-Şamaxı-İsmayıllı marşrutu üzrə baş tutacaq yürüş saat 9:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Milli.Az

Избранный
19
4
milli.az

5Источники