1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.