RU

Odlu silah əldə etmək üçün qaydalar DƏYİŞDİ

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ təsdiqlənib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı “Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.

Layihəyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq.

Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Bizim.Media

Избранный
106
41
hurriyyet.az

10Источники