RU

"İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq"

"Prezident İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət daşıyır".
  Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib. O bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji asılılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcək. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı. “Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və Türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Yəni, biz bu tarixi faktı unutmamışıq. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müyəssər olmayacağını bir daha xatırlatmaq idi. Ankarada hər iki lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar. Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və biri-birinə hər cür dəstək vermək əzmindədir, dedilər. Bu, həm də o deməkdir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülhyaratma missiyasını, Azərbaycan da Türkiyənin Suriyada sabitliyin bərqərar olması və dövlətçiliyinin bərpası, PKK və ona bənzər terror təşkilatlarının Suriya və İraqda tərksilah olunması və ləğv edilməsi istiqamətindəki səylərini tam olaraq dəstəkləyir”, - deyə A.Quliyev vurğulayıb.

Dünyada çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik etdiyimizi deyən deputat bildirib ki, bu gün Yaxın Şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və sanballı töhfəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan və bütövlükdə Türk Dövlətləri Təşkilatı (TDT) üçün də yeni imkanlar deməkdir.

Избранный
38
manset.az

1Источники