Qahirə, 7 mart, AZƏRTAC
Ərəb Dövlətləri Liqası növbəti sammitin mayın 17-sində Bağdadda keçirəcək.
AZƏRTAC xəbər verir ki, bunu İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn mətbuata açıqlamasında bildirib.
Qeyd olunub ki, artıq Bağdadda təşkilat komitəsinin hazırlıq iclası keçirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə