Göygöldə xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun Kərəmli kəndində kənd sakinini F. Cəfərova məxsus "Pajero" markalı avtomobil idarə etmədən çıxaraq, aşıb.
Hadisə zamanı N.Məmmədov (1999), N.İsmayılov (2008) və F.Cəfərov (1987) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətilərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu