Azərbaycan Sambo Federasiyası (ASF) WADA-nın diskvalifikasiya etdiyi Ramil Vəliyevin cəzasına münasibət bildirib.
ASF-dən İdman.biz-in sorğusuna cavab olaraq bildirilib ki, samboçu 2022-ci ildən etibarən qurumun təşkil etdiyi yarışlarda iştirak etmir.
Qeyd olunub ki, 35 yaşlı idmançının bundan sonra yarışlarda iştirak edib-etməməsinə dair dəqiq nəsə deyə bilmərlər: “Ramil Vəliyevin cəza müddəti 2027-ci ildə bitəcək. Bu məsələ haqqında danışarkən Vəliyevin yaş faktorunu da nəzərə almaq lazımdır”.
Qeyd edək ki, WADA döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. O, son illərdə MMA-da mübarizə aparır.
Aytac Sahəd
İdman.biz