RU

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M – 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2

Избранный
15
40
poliqon.az

10Источники