RU

YAP Sabunçu rayon təşkilatı “Qürur və Zəfər yolu” adlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə rayon təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanındığını və nüfuz qazandığını söyləyib. O bildirib ki, YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir.

Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq: “Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır”.

Prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva və digərləri YAP-ın tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiya olduğunu deyiblər.

Çıxış edənlər xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər. 

Tədbirin sonunda rayon təşkilatının işində fəal iştirak edənlərə fəxri fərman, diplom, hədiyyə və partiya sıralarına yeni qəbul olanlara üzvlük vəsiqələri təqdim edilib.

Избранный
18
unikal.az

1Источники