RU

“Zelenskiyə heyranam, beləsi ilə pivə içmək olar” –Trampın xüsusi nümayəndəsi

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Vaşinqtonda Xarici Əlaqələr Şurasında çıxış edib.

AzPost çıxışdan əsas məqamları təqdim edir:

▪️Təcrid siyasəti artıq effektiv olmadığı üçün Vaşinqton Moskva ilə münasibətlərini bərpa etməlidir. Həm müttəfiqlərlə, həm də düşmənlərlə əlaqə qurmamaq diplomatiyada kritik səhvdir.

▪️ Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması Rusiyaya böyük güzəştdir.

▪️ Kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırmaqda və dəstəyi dayandırmaqda günahkar ukraynalıların özləridir. Bu təzyiq onların döyüş meydanında edə biləcəklərinə birbaşa təsir göstərir.

▪️Tramp administrasiyası hər iki tərəf üçün həm təzyiqlərdən, həm də stimullardan istifadə edərək, sülh yolu ilə həll üçün çalışır. Tədbirlərə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi və enerji sektoruna qarşı sanksiyalar daxildir.

▪️Kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi yardım axınını bərpa etmək üçün Ukrayna ABŞ və Ukrayna arasında təklif olunan faydalı qazıntılar sazişini imzalamalıdır.

▪️Zelenskinin Ağ Evə gəlməsinin səbəbi bizim irəli getdiyimizi bildirən sənədi imzalamaq idi – imzalanmadı. Şəxsi qənaətim ondan ibarətdir ki, imzalanmış sənəd olmayana qədər irəli getmək mümkün olmayacaq. Nöqtə.

▪️Yeri gəlmişkən, mən iki həftə əvvəl Kiyevdə olarkən prezident Zelenskiyə çox aydın şəkildə izah etdim ki, sazişi imzalamasaq, bunun nəticəsi necə olacaq.

▪️Mən Zelenskiyə həqiqətən heyranam. Üç il əvvəl işğalın lap əvvəlində ABŞ ondan getməsini istəyəndə o, ayağa qalxaraq dedi ki, ona taksi yox, sursat lazımdır. Belə oğlandır – Amerikan ifadəsi ilə desək, beləsi ilə pivə içmək olar.

Избранный
8
azpost.info

1Источники