RU

Danimarkada kağız məktublardan tamamilə imtina ediləcək

Bakı, 7 mart, AZƏRTAC

Danimarkanın milli poçt xidməti “PostNord” 2025-ci ilin sonunda məktubların çatdırılmasını tamamilə dayandıracaq.

AZƏRTAC DR1-ə istinadla xəbər verir ki, şirkət bunu danimarkalıların məktub yazmağı praktiki olaraq dayandırması ilə izah edir. Beləliklə, 1624-cü ildən Danimarkada məktub və bağlamaların göndərilməsi üçün universal poçt xidməti fəaliyyət göstərir, lakin rəqəmsal xidmətlər bazarının inkişafı ilə kağız sənədlərdən istifadə kəskin şəkildə azalıb.

Hazırda Danimarka dünyanın ən rəqəmsallaşmış ölkələrindən biri hesab olunur. Belə ki, istənilən ehtiyac üçün proqram var, sənədlər smartfonda saxlanılır və səlahiyyətli orqanlar fakturaları onlayn göndərir.

Buna görə də Danimarka poçt xidməti kağız məktublardan tamamilə imtina edəcəyini, bunun əvəzinə bağlamalara diqqət yetirəcəyini açıqlayıb və qeyd edib ki, əks halda, bazar daha sərfəli deyil. Belə ki, 2000-ci ildən bəri məktubların sayı ildə 1,4 milyarddan 110 milyona qədər azalıb. Təxminən 271 min nəfər istisna olmaqla, artıq ölkə əhalisinin 95 faizi tamamilə rəqəmsal poçta keçib.

Poçt xidmətinin məlumatında deyilir: “Rəqəmsallaşmanın artması ilə Danimarkada məktubların sayı sürətlə azalır, buna görə “PostNord” danimarkalılar üçün üstünlük verilən bağlama provayderinə çevrilmək məqsədilə onları 2026-cı ilə qədər çatdırmağı dayandıracaq”.

Nəticədə dəyişikliklər poçt işçilərinin özlərinə də təsir edəcək. Belə ki, “PostNord”un 4600 işçisindən azı 1500-ü işini itirəcək və minlərlə poçt qutusunun küçələrdən yığışdırılması lazım gələcək. Amma insanlar yenə də ehtiyac olarsa, başqa təşkilatlar vasitəsilə məktub göndərə biləcəklər. Məsələn, dövlət poçtunun çatdırılması üçün müqaviləni qazanan distribyutor DAO şirkəti vasitəsilə bunu etmək mümkündür.

Avropada bir çox poçt xidmətləri hazırda sürətli rəqəmsallaşma prosesi ilə üzləşir. Məsələn, Almaniyanın “Deutsche Post” şirkəti xərcləri azaltmaq üçün 8000-dən çox iş yerini ixtisar etməyə məcburdur. Britaniyanın əsas poçt biznesi “Royal Mail” həftənin alternativ günlərində təcili olmayan məktubları çatdırmaqla yüz milyonlarla funt-sterlinqə qənaət etməyə çalışır.

Избранный
37
2
azertag.az

3Источники