RU

2024-cü ildə Ermənistan ordusunda 40 hərbçi həlak olub


2024-cü il ərzində Ermənistan Silahlı Qüvvələrində 40 hərbçi həlak olub.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlardan 27-si xidməti vəzifəsi ilə əlaqədar, 13-ü isə xidməti vəzifəsi ilə əlaqədar olmayan şəraitdə həlak olub.
Xidməti vəzifəsi ilə əlaqədar şəraitdə ölənlərdən 4-ü döyüş şəraitində, 5-i hərbçi yoldaşları tərəfindən öldürülüb. 7-si intihar, 4-ü yol-nəqliyyat hadisəsi, 2-si avtomobili idarəetmə qaydalarının pozulması, 2-si aviaqəza, 3-ü xəstəlik nəticəsində həlak olub.
Xidməti vəzifəsi ilə əlaqədar olmayan şəraitdə ölənlərdən isə 3-ü xəstəlik, 7-si yol-nəqliyyat hadisəsi, 1-i intihar, 2-si fövqəladə hallar nəticəsində həlak olub.
Избранный
28
yeniavaz.com

1Источники