RU

“Çox güman ki, ABŞ-də Trampın “KQB” agenti olması barədə rəsmi təhqiqat başlanacaq...”

Yazını böyüt
Yazını kiçilt

“Trampın “KQB” agenti olması haqda deyilənlər hələki söz səviyyəsində olan bir şeydir. Ancaq ABŞ-dəki qanunvericiliyə əsasən əgər dövlət vəzifəsi daşıyan şəxs barədə belə iddialar varsa, dərhal rəsmi təhqiqat başlanmalıdır. Çox güman ki, Amerikada həmin təhqiqat başlayacaq. Çünki bu iddia bir və ya bir neçə şəxs tərəfindən yox, bir sıra şəxs və mənbələr tərəfindən səsləndirilir. Lakin həmin təhqiqatın nə ilə nəticələnəcəyini söyləmək çətindir”.

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bu fikirləri hafta.az əməkdaşının “Son vaxtlar ABŞ-nin hazırkı prezidenti Donald Trampın guya “KQB” agenti olması haqda müxtəlif mənbələr, o cümlədən keçmiş SSRİ DTK-nın vəzifəli şəxsləri tərəfindən səslənən iddialar artmaqdadır. Bu haqda nə düşünürsüz” sualına cavabında ifadə edib.

“Fəqət, Trampın sabit adam olmaması, dövlət ərkanına uyğun davranmaması  və s. göz qabağındadır. Və onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir. Amerikada isə Ukrayna lobbisi də, Trampın əleyhdarları da güclüdür. Və əvvəl-axır ona qarşı təzyiqlər və etirazlar da artacaq və fikrimcə, onun əleyhinə bu kampaniya kütləvi xarakter alacaq”, - deyə davamında siyasətçi diqqətə çatdırıb.

Избранный
41
hafta.az

1Источники