RU

Gürcüstan Türkmənistandan enerji resursları almaq niyyətindədir

Gürcüstan Türkmənistandan enerji resursları almaq niyyətindədir.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Sərdar Berdimuhəmmədovla görüşdən sonra gürcü jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın Türkmənistana enerji ixracında yardım təklif etdiyini qeyd edib.

“Biz Türkmənistana enerji resurslarının tranziti baxımından çox konkret yardım təklif edə bilərik. Bundan əlavə, Türkmənistandan enerji resursları almaqda da maraqlıyıq. Bizim bu məsələlərlə bağlı çox maraqlı söhbətlərimiz oldu və hesab edirəm ki, imzalanmış sazişlər əsasında yaxın gələcəkdə münasibətlərimizdə çox konkret irəliləyiş əldə edəcəyik”, - İrakli Kobaxidze bildirib.

"Cebheinfo.az" 

Избранный
10
1
cebheinfo.az

2Источники