RU

Mətbuat Şurasında “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda təlim keçirilib – FOTOLAR

Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərlinin “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda təlimi keçirilib.
Editor.az xəbər verir ki, təlimdə Azərbaycan Mətbuat Şurasında istehsalat təcrübəsində olan Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinin iştirakı ilə süni intellektin sosial mediada rolu, dezinformasiya və onunla mübarizə yolları müzakirə olunub.
Qeyd olunub ki, mediada süni intellektin təsiri artdığı üçün belə tədbirlərin təşkili informasiya təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.



Избранный
3
1
editor.az

2Источники