RU

"Fənərbaxça"nın heyətində ciddi itki

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Avropa Liqası 1/8 final mərhələsinin "Reyncers"lə ilk matçında ayaq əzələsindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisi mart ayının sonunda yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü ötən ilin yanvar ayında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
12
3
sportal.az

4Источники