RU

Suriya yenə qarışdı: Türkiyə XİN-dən reaksiya

Latakiya və ətrafında baş verən təxribatların Suriyada və regionda sülhə təhdid olmasına yol verilməməlidir.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçeli X-dəki paylaşımında qeyd edib.

Mətbuat katibi bildirib ki, Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün intensiv səylər davam etdirilir:

“Belə kritik bir zamanda Latakiya və ətrafında baş verən gərginlik, eləcə də təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanı birlik və həmrəylik içində gələcəyə aparma səylərini sarsıda bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək”.

Qeyd edək ki, ötən gün Əsəd tərəfdarları ilə (ələvilər – red.) Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Избранный
124
17
infoaz.ws

10Источники