AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu cərimələyib.Manset.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Misli Premyer Liqasında 25-ci turun “Turan Tovuz” – “Zirə” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.
Qərar İntizam Komitəsinin bugünkü iclasından sonra açıqlanıb.