Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.
Məlumata görə, Latakiya və onun ətraf ərazilərində təhlükəsizliyin təmin edilməsinə dair genişmiqyaslı əməliyyata hazırlıq çərçivəsində İdlibdən vilayətə iri həcmdə hərbi qüvvələr gətirilib. Tərəflər arasında qarşıdurmaya da məhz bu səbəb olub.
Buna cavab olaraq Suriya rəhbərliyi Latakiya, eləcə də Tartusa əlavə qüvvələr göndərib.
Latakiyada döyüşlər nəticəsində azı 48 nəfər həlak olub. Ümumilikdə bir neçə yaşayış məntəqəsində qarşıdurma zamanı təqribən 70 nəfər ölüb, daha onlarla insan isə yaralanıb. Ölənlərin 35-i Suriya Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.
Bununla yanaşı, hərbi əməliyyat səbəbindən Latakiya, Tartus və Homsda 24 saatlıq komendant saatı elan edilib.
7Источники
-
moderator.azSuriyada vəziyyət yenidən GƏRGİNDİR: 70 ölü var ( 15917697)
-
metbuat.azSuriyadakı qarşıdurmalarda 70 nəfər öldü ( 15916425)
-
olaylar.azSuriyada vəziyyət yenidən GƏRGİNDİR : 70 ölü var ( 15916075)
-
milli.azSuriyada vəziyyət yenidən GƏRGİNDİR: 70 ölü var ( 15915705)
-
sfera.azSuriyadakı qarşıdurmalarda 70 nəfər öldü ( 15914579)
-
demokrat.azSuriyadakı qarşıdurmalarda 70 nəfər öldü ( 15914463)
-
qafqazinfo.azSuriyadakı qarşıdurmalarda 70 nəfər öldü ( 15912109)