RU

ABŞ-də pul bazarı fondlarının aktivləri siyasi qeyri-müəyyənlik fonunda 7 trilyon dolları keçib

ABŞ-də pul bazarı fondlarının aktivləri Prezident Donald Trampın siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda 7 trilyon dolları keçib. 

“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri “Investment Company Institute”a (ICI) istinadən yazıb. 

Təkcə ötən həftə fondlara vəsait axını 51 milyard ABŞ dollarından çox olub. Fondlar investorların xarici ticarət rüsumları ilə bağlı daha çox aydınlıq gözlədiyi dövrdə müdafiə aktivləri kimi çıxış edir.

"Son vaxtlar əhəmiyyətli kapital axını maliyyə bazarlarında volatilliyin artmasına səbəb ola bilər. Qısamüddətli faiz dərəcələri nisbətən yüksək səviyyədə qalır. Pul bazarı fondları həm institusional, həm də pərakəndə investorlar üçün cəlbedici olur", - ICI-nin baş iqtisadçısı Şelli Antoneviç bildirib.

Избранный
30
report.az

1Источники