RU

Ötən il maliyyə hesabatını UEFA-ya ən erkən təqdim edən Azərbaycan klubları açıqlanıb

Bakı, 7 mart, AZƏRTAC

UEFA 2024-cü ildə maliyyə hesabatını ən erkən təqdim edən klubların adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Avropanın 34 ölkəsindən 133 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi də var. Bunlar “Qarabağ” və “Sabah” komandalarıdır.

Bildirilib ki, UEFA-ya təqdim olunan erkən hesabat maliyyə şəffaflığının artırılmasına və tendensiyaların daha sürətli qiymətləndirilməsinə imkan verir.

Избранный
2
1
azertag.az

2Источники