RU

Tesla səhmlərinin düşməsi ilə Maskın sərvəti də əriyir

BAKI, TurkicWorld

Tesla-nın səhmlərinin kəskin enişi nəticəsində Elon Musk son üç ayda 121 milyard dollar itirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Forbes-in hesablamalarına görə, cümə axşamı səhmlərin daha 8,8 milyard dollar dəyər itirməsindən sonra Muskın sərvəti 342 milyard dollara düşüb. Halbuki, dekabr ayında bu rəqəm 464 milyard dollar idi.

Tesla-nın səhmləri Tramp administrasiyasının Kanada, Çin və Meksikaya tariflər tətbiq edəcəyi ilə bağlı açıqlamalarından sonra enişə keçib. Xüsusilə Çinin Tesla üçün ikinci ən böyük bazar olması investorların narahatlığını artırıb.

Bundan əlavə, Tesla avtomobillərinə qarşı fiziki hücumlar da artıb – enerji doldurma məntəqələri yandırılıb, sərgi salonlarında avtomobillər hədəfə alınıb.

Musk hələ də dünyanın ən zəngin insanıdır, lakin Meta CEO-su Mark Zukerberq onu keçmək üçün daha 125 milyard dollar itirməsini gözləyir.

Qeyd edək ki, Musk SpaceX və xAI kimi digər şirkətləri sayəsində sərvətini qismən qoruyur, lakin Tesla-nın gələcək performansı onun maliyyə vəziyyətini daha da zəiflədə bilər.

Избранный
18
turkic.world

1Источники