RU

Əsəd ekstradisiya edilməyəcək: Amma Rusiya Suriyada...

Rusiya Bəşər Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib, lakin Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi mövcudluq və iqtisadi əməkdaşlıqla bağlı danışıqları davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, Moskva təkcə hərbi bazalarını saxlamır, həm də ölkədə təsir imkanlarını genişləndirir.

Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında danışıqlar yanvar ayında xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Dəməşqə gəlişindən sonra başlayıb. Əvvəlcə Rusiya hərbi bazalarının gələcəyi müzakirə edilsə də, sonda məsələlərin əhatə dairəsi xeyli genişlənib.

WSJ-nin məlumatına görə, Suriya hakimiyyət orqanları Moskvanın təhvil verməkdən imtina etdiyi Bəşər Əsədin ekstradisiyası, 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı tərəfindən Rusiyaya köçürülən təxminən 250 milyon dolların geri qaytarılması, Suriyanın neft yataqları və limanlarına Rusiya sərmayələri və s məsələlərlə bağlı mövqe öyrənməyə çalışıblar.

Əsədin ekstradisiyasından imtina etməsinə baxmayaraq, yeni hakimiyyətə pulla ilk dəstək verən Rusiya oldu. Fevral ayında Moskva Suriya Mərkəzi Bankına 23 milyon dollar ekvivalentində pul göndərərək ölkə üçün əskinas çap edib.

WSJ qeyd edir ki, digər ölkələr sanksiyalar riskləri səbəbindən bu addımdan imtina edib.

Избранный
18
publika.az

1Источники