RU

Azərbaycan Macarıstanla sığorta sahəsində əməkdaşlıq imkanını müzakirə edib

Azərbaycan və Macarıstan arasında sığorta sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı əlaqələrin istiqamətləri müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, qurumun İcraçı direktoru Elmar Mirsalayev Macarıstanın Azərbaycandakı səfiri Tamas Torma ilə görüş keçirib. Görüşdə "Türk Dünyası Sığorta Birliyi"nin sektorial və beynəlxalq fəaliyyəti, "Macarıstan Sığortaçılar Assosiasiyası"nın Birlikdəki müşahidəçi təşkilat olaraq mövqeyi kimi aktual məsələlər geniş müzakirə edilib.

Tərəflər Azərbaycanla Macarıstan arasında sığorta sahəsində əməkdaşlığı dəstəklədiklərini bildirib və bu istiqamətdə növbəti mərhələdə zəruri addımların atılması yönündə razılığa gəliblər.

Избранный
25
report.az

1Источники