RU

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib– VİDEO

Daxili işlər naziri Vilayət Eyvazov Lənkəran rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
DİN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Lənkəran Şəhər Rayon Polis ŞöbəsindəLənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 24 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.





Избранный
108
49
sherg.az

10Источники