RU

Azərbaycan boksçusu Türkiyədə kəmər döyüşünün qalibi olub

Azərbaycan boksçusu Alişan İsmayılov Türkiyədə təşkil edilən kəmər döyüşünün qalibi olub. SİA-nın yerli bürosunun məlumatına görə, beynəlxalq turnir İstanbulda Beynəlxalq Döyüş Sənətləri Təşkilatı və Dünya KBN Döyüş Sənətləri Federasiyası tərəfindən təşkil edilib.

Şərur rayonundan olan A.İsmayılov 60 kq çəki dərəcəsində çıxış edib. O, 14 ölkə təmsilçilərinin qatıldığı yarışda Rusiyadan olan rəqibinə qalib gələrək kəmərin sahibi olub.

Избранный
8
3
sia.az

4Источники