Bakının Sabunçu rayonundakı avtoyuma məntəqələrindən birində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 2-də saat 18:44 radələrində Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil park edilmiş “Toyota Prius” markalı maşını vurub. Kadrdan da göründüyü kimi, “Hyundai”ın sürücüsü düzgün manevr edə bilmədiyi üçün “Prius”la toqquşub. Xoşbəxtlikdən maşını təmizləyən sürücü vaxtında geriyə qaçaraq qəzadan xilas olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin