RU

Tramp və Zelenski yenidən görüşəcək - nə gözlənilir?

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton yeni görüş üzərində işləyir.

Ukrayna lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında belə bir görüş reallaşarsa, bu, iki ölkə arasında yaranmış soyuqluğu aradan qaldıra bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu mövzu ilə bağlı Ukrayna mediası da yazıb.

"Hətta Trampın yeni "Twitter" səhifəsində də bu barədə məlumat paylaşılıb. Orada qeyd edilir ki, yeni görüş gözlənilir və hətta Zelenskinin Trampı bağışladığı da yazılır. Bu isə hansısa məsələdə razılaşmanın olduğunu deməyə əsas verir. Hər halda bu görüş yenidən baş tuta bilər və mən düşünürəm ki, artıq tərəflər müəyyən bir məsələni həll edəcəklər. Burada əsas maraq doğuran məqam Ukrayna tərəfinin mineral resurslarının Amerikaya verilməsi məsələsidir. Bunu necə qiymətləndirəcəklər və hansı hesablarla həyata keçirəcəklər, bu, maraqlıdır.

Lakin mən hələ də Amerika tərəfindən Ukraynaya təhlükəsizlik təminatının nə dərəcədə veriləcəyini bilmirəm. Sadəcə onu deyə bilərəm ki, əgər Tramp Zelenskini Rusiya ilə danışıqlara və razılaşmaya məcbur edirsə, bunun arxasında duran əsas səbəblərdən biri, bəlkə də birincisi elə Trampın bu məsələdə olan maraqlarıdır", - deyə müsahibimiz vurğuladı.

Samir

Polotoloq qeyd etdi ki, ümumilikdə Tramp administrasiyası Amerikanın Ukrayna və Rusiya üzərində olan maraqlarını təmin etməyə çalışır:

"Təbii ki, gələcəklər, oturub danışacaqlar və müəyyən bir məsələdə ortaq razılıq əldə etməyə cəhd göstərəcəklər. Amma bunun tam olaraq Ukraynanın maraqlarına cavab verəcəyini düşünmürəm. Çünki artıq əvvəlki görüşdən fərqli olaraq burada basqı siyasəti tətbiq olunur və bu siyasət, hər halda, Amerika tərəfindən Ukrayna üzərində təsirini göstərəcək".

Xatırladaq ki, ABŞ və Ukrayna liderilərinin fevralın 28-də Ağ Evdə baş tutan görüşü onlar arasında mübahisə ilə bitmişdi.

Aytəkin TOFİQQIZI

Избранный
34
redaktor.az

1Источники