RU

Günlər sonra meşədən sağ tapılmışdı, xəstəxanada dünyasını dəyişdi – FOTO/VİDEO

Türkiyənin Belqrad meşəsində itkin düşən və uzun axtarışlardan sonra gecə yarısı donmuş halda tapılan memar Ece Gürel xəstəxanada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, uzun müddət soyuqda qaldığı üçün hipotermi olduğu müəyyən edilən Gürelin müalicəsi zamanı bir müddət ürəyi dayanıb.

Həkimlərin müdaxiləsindən sonra həyata qaytarılan Gürel intubasiya edilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 

Qeyd edək ki, martın 2-si Belqrad meşəsinə gəzintiyə çıxmaq üçün İstanbulun Gültəpə qəsəbəsindəki evindən çıxan və 4 gündür xəbər alınmayan memar Ece Gürel gecə yarısı sağ tapılmışdı.


Xilasetmə qruplarının axtarışları nəticəsində donmuş vəziyyətdə tapılan zaman onun huşu yerində olub. Gürel telefondan son siqnalın alındığı yerdən 6 kilometr aralıda tapılıb.






Bizim.Media

Избранный
29
bizim.media

1Источники